Ukrayna qələbə qazanıb, Rusiya məğlubdur – Professor

Əgər müharibə çıxılmaz vəziyyətə düşürsə, bu, mütləq tərəflərdən hansınınsa məğlub olması demək deyil. Lakin başqa bir ölkəyə müdaxilə etmiş superdövlət daha kiçik və zəif rəqibini məğlub edə bilməlidir.

Bunu “Hill” nəşrində dərc olunan məqaləsində amerikalı professor Aleksandr Motil Rusiyanın Ukraynaya qarşı müharibəsini təhlil edərkən bildirib.

“Zəif dövlətlər uduzmadıqda qalib sayılır. Güclü dövlətlər isə qalib gəlmədikdə uduzmuş hesab olunur.

Rusiya–Ukrayna müharibəsindəki hazırkı çıxılmaz vəziyyət Ukraynanın qələbəsi, Rusiyanın isə məğlubiyyətidir. Görünür, Tramp administrasiyası bunu anlamır, Vladimir Putin isə sanki xəyali bir dünyada yaşayır”, — deyə o əlavə edib.

About Author