Aydın Dəmirovun 2,8 milyonluq əmlakı müsadirə olundu

Bakının Keşlə qəsəbəsində yerləşən 2,8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

Teleqraf  xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.

Şirkətin rəsmi saytına əsasən, qurumun baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlanılsa da, qeyd olunan nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, Aztəsərrüfat MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.

 

About Author