2026-cı il futbol üzrə dünya çempionatının açılış oyununda Meksika və CAR (Cənubi Afrika Respublikası) yığmaları üz-üzə gəliblər. Qarşılaşma Mexikodakı “Asteka” stadionunda keçirilib. Matçın baş hakimi braziliyalı Vilton Sampayo olub.
Oyunda hesabı Meksika yığmasının hücumçusu Xulian Kinyones açıb. O, matçın 9-cu dəqiqəsində fərqlənib. CAR millisinin yarımmüdafiəçisi Yaya Sitxole son ümid foluna görə 49-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Meksika yığmasının hücumçusu Raul Ximenes 67-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. CAR millisinin hücumçusu Temba Zvane isə VAR baxışından sonra 84-cü dəqiqədə qırmızı vərəqə alıb. O, rəqib futbolçunun üzünə zərbə endirdiyinə görə meydandan kənarlaşdırılıb və komandasını doqquz nəfərlə qoyub.
Matçın 90+2-ci dəqiqəsində Meksika millisinin müdafiəçisi Sezar Montes də qırmızı vərəqə alıb. Beləliklə, qarşılaşma Meksikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
