Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Hörmüzqan əyalətinin Fərqan rayonunda olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 08.39-da qeydə alınıb.
Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Ötən bazar günü İranın Xuzistan əyalətinin Rəmşir rayonunda zəlzələ baş verib.
Bazar günü baş verən zəlzələnin gücü 5,3 bal olub.