XƏBƏRLENTİ

xeberlenti.com

“Ata vəsiyyəti və inamlı zəfər yeni reallıqlar prizmasında qərbi azərbaycan həqiqətləri”

6 noyabr 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının  Nizami rayon nümayəndəliyinin, Yeni Azərbaycan partiyasının Nizami rayon təşkilatı ilə Nizami rayon icmasının sədri Xəqani Səfərovun birgə təşkil etdiyi,”Ata vəsiyyəti və inamlı zəfər yeni reallıqlar prizmasında qərbi azərbaycan həqiqətləri mövzusunda “tədbir keçirildi.Tədbir Ümumilli lider Heydər Əliyevin işıqlı xatirəsinə həm də qərbi azərbaycanla bağlı düşüncələrimizə həsr edilmişdi.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Nizami rayon  icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri ,Milli Məclisin deputatı Əziz Ələkbərli,  Yeni Azərbaycan Partiyasının sədri Ramin Vəlibəyov,  media nümayəndələri,  şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirin açılış nitqini Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov etdi.Bildirdi ki, biz çox tarixi bir dövrdə yaşayırıq.2023-cü il ən əlamətdar illərdən biridir.Bu gün istər azərbaycanda, istərsə də kənarda Ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi üçün işlər aparılır.Bu irsin araşdırılmasını gələcək nəsillərə ötürmək istəyirik.Sentyabr ayında həyata keçirilən antiteror əməliyyatında uzun illər həsrətində olduğumuz torpaqlar geri qayıtdı.Bu İlham Əliyevin Heydər Əliyevin 100 illiyi çərçivəsində xalqımıza etdiyi böyük bir hədiyyədir.Bu il ən parlaq dövr kimi 100 illiklərlə yaddaşlardan silinməyəcək.Coşqun Cəbrayılov Ulu öndərin xalqımıza verdiyi töhvələri  ölkəmizi anarxiya vəziyyətindən çıxardığnı azərbaycançılıq ideologiyasını yaratdığını qeyd etdi.

Daha sonra Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri ,Milli Məclisin deputatı Əziz Ələkbərli, Zəfər günü münasibətilə qonaqları, təbrik etdi.Bildirdi ki, qazandığımız bu zəfər Azərbaycanın 270-ildən bəri qazandığı ilk tarixi zəfərdir.Biz bayrağımızı ucaltdıq qələbəmizi bütün dünyaya elan etdik.18-ci əsrdə xanlıqlara parçalandıq , torpaqlarımız yadellilər tərəfindən işğal edildi.İndiki tarixi azərbaycan torpaqlarına ermənilərin köçürülməsi başladıldı.Deportasiyalar soyqırımlar oldu.270 illik faciəyə məhz 27 sentyabr tarixində son qoyuldu.4 dekabr Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında çıxışından sonra Qərbi azərbaycana qayıdış konsepsiyasının hazırlanması haqqında tapşırıq verildi.Bizim tarixi torpaqlarımıza qayıdış üçün yeni mərhələ başladıldı.Qayıdış konsepsiyasının əsasında Ulu Öndər Heydər Əliyev dayanırdı.Biz Qərbi Azərbaycan torpaqlarımızın son qarışına qayıdana qədər bu yolda öz mübarizəmizi davam etdirəciyik deyə- Əziz Ələkbərli bildirdi.

Daha sonra Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov çıxış etdi.Sonda şəhid ailələrinə gül buketi, qazilərə pul mükafatı təqdim olundu.

Müəllif:Çinarə Hüseynova

About Author