XƏBƏRLENTİ

xeberlenti.com

BAKIDA “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” ADLI BEYNƏLXALQ ELMİ-NƏZƏRİ VƏ PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏK

Noyabrın 10-u saat 15-00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Türkdilli dövlətlərin birliyi zamanın tələbidir” adlı Beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçiriləcək. Konfransda türk dövlətlərinini birliyi istiqamətində dahi şəxsiyyətlərinini gördükləri işlər və gələcək nəsillərə tövhəsi, qloballaşan dünyada gedən proseslərdə türk dövlətləri liderlərinin türk birliklərinin yaradılması istiqamətindəki fəaliyyətlərinini vacibliyi, türksoylu dövlətlərin türk birliklərinə inteqrasiya olunmasında görülən işlərin perspertivlərinə aid məsələlər müzakirə olunacaq. Eyni zamanda, türk dilinin dünya dilləri sırasında BMT-nin 7-ci dili kimi qəbul edilməsinə dair Bəyanat qəbul ediləcək. Konfransda yazıçı və ictimai-siyasi xadim Mirkazım Seyidovun müəllifi olduğu, Ulu öndər H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük qayıdışa gedən yol: Bakı-Tbilisi-Ceyhan” kitabının təqdimat mərasimi olacaq. Qeyd edək ki, Mirkazım Seyidov 1962-ci il fevralın 16-da Naxcıvanın Şərur rayonunun Sədərək kəndində dünyaya gəlib. O, Türk dünyası Araşdırmaları Akademiyasının fəxri professoru və qızıl medal mükafatı, Akademik Y. Məmmədəliyev mükafatı, “Qızıl Qələm”, “Məmməd Araz” mükafatları laureatıdır. Müəllif 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci il fevralın 21-də isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Mirkazım Heydər oğlu Seyidov III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mirkazım Seyidov “Zamanı qabaqlayan dahi”, “Ömrümü xalqıma bağışlayıram”, “Heydər dühası ”, “Erməni vandalizmi”, “Qaranlığa nur saçan zəka”, “Ürəklərdə ucalan abidə”, “İnamdan doğulan İlham”, “Vətənin Mehriban qızı” və s. Kitabların müəllifidir.

Müəllif:Türkanə Səfərova

About Author