Milli Məclisdə azad edilmiş ərazilər üçün xüsusi inkişaf strategiyasının hazırlanması təklif edilib.
Bu təkliflə Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşad Mirbəşiroğlu çıxış edib.
“2030-cu ilə qədər azadolunmuş ərazilərə 50-55 milyarda yaxın vəsaitin cəlb olunması gözlənilir. Amma bilindiyiniz kimi bu, dövlət büdcəsinin maliyyə xaricindədir. Ona görə də təklif edərdim ki, həmin ərazilərin ayrıca inkişaf stratejiyası hazırlansın. Burada eyni zamanda kənardan da vəsaitlər cəlb olunmasına şərait yaradılmalıdır”, – deputat bildirib.