Xeberlenti.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin silahların yaratdığı təhlükə məsələləri üzrə koordinatoru Bişnu Mahat “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
“Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstəririk. Bizim əsas məqsədimiz mina qurbanları ilə işləməkdir. Bundan başqa, Müdafiə Nazirliyinə və ANAMA-ya dəstəyimizi göstəririk. 10 mina qurbanı ilə hazırda təlimçi kimi əmədaşlıq edirik”, BQXK nümayəndəsi əlavə edib