XƏBƏRLENTİ

xeberlenti.com

Ümumdünya QİÇS-lə mübarizə günü nədir və nə vaxtdır?

QİÇS-lə mübarizədə qlobal addımların atılması böyük əhəmiyyət kəsb edir, çünki onun ölümcül nəticələri var və yoluxucudur. Ümumdünya QİÇS-lə Mübarizə Günü bütün dünyada bu məsələ ilə bağlı maarifləndirmə işlərinin aparıldığı gün kimi tanınır.

Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən QİÇS-ə qarşı maarifləndirmə məqsədi ilə 1 dekabr 1988-ci ildə Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qəbul edilmişdir. Ölkəmizdə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü QİÇS probleminə diqqətin cəlb edilməsi, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsinin artırılması üçün müxtəlif tədbirlərin keçirilməsi üçün mühüm fürsət kimi dəyərləndirilir.

QİÇS birbaşa immun sistemini zədələyən virusdur. Bu virus bədənin müqavimətini azaldır, insanların asanlıqla xəstələnməsinə səbəb olur. QİÇS virusu immunitet sistemini zəiflətdikdən sonra yaranır. Bu infeksiyas ilk dəfə ortaya çıxdığı 1980’li illərdən bu yana bütün dünyada artaraq yayılmağa davam edir. Qiçs infeksiyası, hər hansı qorunmayan cinsi əlaqə, ümumi şprislərlə venadaxili narkotik istifadəsi, yoluxmuş qan və qan məhsullarının qəbulu, hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra ana südü ilə anadan körpəyə ötürülə bilər. Yoluxma yollarının müxtəlifliyindən asılı olaraq Qiçs infeksiyası bütün yaş qruplarında müşahidə oluna bilər.

About Author