XƏBƏRLENTİ

xeberlenti.com

Nizami rayonunda əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib

Xeberlenti.com xəbər verir ki , Qərbi Azərbaycan İcmasının Nizami rayon  nümayəndəliyinin təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin rəhbəri Xəqani Səfərov  tədbirin açılışını etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əslən Qərbi Azərbaycandan olan gənclərlə  müəllimlərin elm ,mədəniyyət xadimlərinin  maraqlı  keçən görüşü ruh yüksəkliyi ilə qarşılandı.

Görüşdə  qədim azərbaycan  yurdu qərbi azərbaycanın tarixindən o yurdun o elin toponimlərindən  söhbət açıldı.Tədbirdə iştirak edən  əslən qərbi azərbaycan kökənli gənclər, çıxış edən alimlərin qərbi azərbaycanla bağlı dedikləri  həqiqətləri maraqla dinləyib alqışladılar.

Biz qərbi azərbaycana qayıdacıyıq. Maarifçiliyə söykənən  bu  görüş   gənclərimizdə  böyük inam və ümid işığı yaratdı.

Tədbirin sonunda tanınmış aşıq  Rəfiqə Göyçəlinin “İrəvanda xal qalmadı ” və digər müğənnilərin ifasında ” Vətənə getmək istəyirəm ” mahnısı gənclər tərəfindən böyük coşqu ilə ayaq üstə alqışlandı.

About Author