XƏBƏRLENTİ

xeberlenti.com

Dünən UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində növbəti turun oyunları keçirildi

Turnirdəki təmsilçimiz Qarabağ Norveç komandası Moldenin qonağı olub. Bu komandalar arasında keçirilən ilk oyun Qarabağın 1 -0 hesablı üstünlüyü ilə başa çatmışdı. Səfərdəki  Oyuna sürətli başlayan komandamız erkən qola sevinib .Qarşılaşmanın 12 -ci dəqiqəsində Juninyo fərqlənərək komandamızı hesabda irəli çıxarıb .Bundan sonra rəqib hücumlarının kəsərliliyini artıraraq qapımız qarşısında bir neçə dəfə təhlukəli vəziyyətlər yaratmışdır .Qapıçmızın bir neçə epizodda inamlı oynaması , müdafiəçilərimizin əzmkar mübarizəsi 1 ci hissədə hesabın dəyişməsinə imkan vermədi . İlk hissə təmsilçimizin minimal hesablı qələbəsi ilə yekunlaşdı . Fasilədən sonra daha çox müdafiəyə üstünlük verən Qarabağ rəqibi əks hücümda yaxalamağa çalışdı . Oyunun sonlarına yaxın hücumlarını daha da atıran Molde  kollektivi oyunun sonlarına 10 dəqiqə qalmış 2 qol vuraraq qarşılaşmada hesabı dəyişdi . 82 ci dəqiqədə Kristian Eriksen dəqiq zərbə ilə hesabı bərabərləşdirdi .  87- ci dəqiqədə isə künc zərbəsindən daha bir dəfə fərqlənən  Eriksen komandasını hesabda irəli çıxarır .Oyunun sonlarına yaxın əsas vaxta  artırılmış 4-  cü dəqiqədə Bəhlul Mustafazədə fərqlənərək   komandamıza bərabərlik gətirən qolun müəllifi olur .Heç – heçə sayəsində Qarabağ xallarının sayını 7- yə çatdıraraq 2 -ci pillədəki yerini qoruyub saxladı . Onunla eyni xalı toplayan  Norveç təmsilçisi isə qrupda  3- cü yerdə qərarlaşdı . Hazırda Moldenin top fərqi Qarabağdan daha  yaxşı olsada aralarındakı oyunda qələbə qazanan Azərbaycan çempionu qrupda 2- ci yerdədi . Qrupun son mərhələsində doğma meydanda İsveçin Hakken komandası ilə qarşılaşacaq olan Qarabağ qalib gələcəyi təqdirdə qrupda  digər oyunların nəticəsindən aslı olmayaraq  Avroliqanın play -off mərhələsinə vəsiqəni rəsmiləşdirərək Azərbaycan futbolu tarixində növbəti uğurunu qazana bilər.

Ramiz Məmmədov

About Author