XƏBƏRLENTİ

xeberlenti.com

Namizədlərin sənədləri necə yoxlanılacaq? – Məzahir Pənahovdan CAVAB

“Heç bir məhdudiyyət yoxdursa, müraciət edən vətəndaş ölkə prezidenti kimi seçkilərdə iddiaçı qismində iştirak edə bilər”.

Xeberlenti.com xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AZTV-nin efirində səsləndirib.

O bildirib ki, seçki məcəlləsinin tələbinə görə, müraciətlərə beş gün müddətində baxılır:

“Bu müddət ərzində namizədin sənədləri araşdırılır, uyğundursa təsdiq olunur”.

About Author