2024-cü il fevralın 7- də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabagı təbliğat kompaniyası çərçivəsində fevralın 3-də Səbail rayonu, Ə.Əliyev küç.2 -Güllər parkında “Əkinçi” Təhsil, Ekologiya və Sosial Tərəqqi naminə İB-nin üzvləri görüş keçiriblər. Görüşdə təbliğat qrupunun üzvü, “Əkinçi”lərin dostu, Milli İnkişaf İB-nin sədri Arzuman Muradlı çıxış edərək, Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti barəsində seçicilərə geniş məlumat verdi və onları hamılıqla seçki məntəqələrinə gedib liderimizə səs verməyə çağırdı.
Prezidentliyə namizəd İlham Əliyevin ötən dövr ərzində olan fəaliyyətinə və Arzuman Muradlının bu barədə verdiyi ətraflı məlumatlara əsaslanaraq Əkinçi TEST İB-nin qurucusu Emin Hacısoy görüş zamanı çıxış edərək, bu seçkilərdə hamılıqla iştirak etməyin vətəndaşlıq borcumuz olduğunu vurğuladı. Əkinçi TEST İB-nin həmtəsisçisi – Sevinc Sultanova, İdarə heyətinin sədri Azər Alısoy, İB-in üzvləri Nurlan Abdullayev, Güllü Mürsəlova, Xatın Yusifova və başqaları çıxış edərək görülmüş işləri yüksək qiymətləndirdilər və səslərini cənab İlham Əliyeva verəcəklərini xüsusi vurğuladılar.
Sonda Əkinçi TEST İB-nin üzvləri Prezidentliyə Namizəd İlham Əliyevə dəstək müraciəti qəbul etdilər.