XƏBƏRLENTİ

xeberlenti.com

YENİLƏNƏN AZƏRBAYCANIN LİDERİ !

2024-cü il fevralın 7- də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təbliğat kompaniyası çərçivəsində fevralın 2-də Səbail rayonu, Yusif Məmmədəliyev 14 ünvanında Milli İnkişaf İB-nin üzvlərinin görüşü baş tutdu.
Görüşdə  Təbliğat qrupunun üzvü, Milli İnkişaf İB-nin sədri Arzuman Muradlı çıxış edərək, Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti barəsində seçicilərə geniş məlumat verərək,  hamılıqla seçki məntəqələrinə gedib Liderimizə səs verməyə çağırdı.
Görüşdə  Milli İnkişaf İB-nin üzvləri – Sevinc Sultanova, Emin Hacısoy, Südabə Sərvi, Xoşbəxt Məmmədova, Aliyə Mustafayeva, Mətin Cəfərov, Adıgözəl Rəcəbov,  Şahin Cəfərov, həmçinin Xeberlenti.com saytının redaktoru Seyid Hüseyn Mahmudov, çıxış edərək görülmüş işləri yüksək qiymətləndirdirib səslərini cənab İlham Əliyeva verəcəklərini  bildirdilər.
Sonda Milli İnkişaf İB-nin üzvləri Prezidentliyə Namizəd İlham Əliyevə dəstək müraciəti qəbul etdilər.

About Author