XƏBƏRLENTİ

xeberlenti.com

Ramzan Kadırov qızına vəzifə verib

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicat Kadırova ölkə başçısının və hökumətinin aparatı rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

Xeberlenti.com Report-a istinadən xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov məlumat verib.

“Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovun nəvəsi Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm.

Xədicət Kadırova zəhmətkeşliyi, fədakarlığı və qarşıya qoyulan tapşırıqların həllinə məsuliyyətlə yanaşması ilə seçilir”, – deyə o bildirib.

Əvvəllər o, Qroznı şəhər meriyasında məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

About Author