XƏBƏRLENTİ

xeberlenti.com

İsrail yeni razılaşma ilə bağlı HƏMAS-dan cavab alır

İsrailin kəşfiyyat xidməti “Mossad” Qətərin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və onu gözdən keçirir.
Xeberlenti.com Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində İsrail girovlarının azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı HƏMAS-dan cavab aldığını bildirib. O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.

About Author