Fransa Moskvadakı terror aktından sonra terror təhlükəsi səviyyəsini ən yüksəyə qaldırıb.
Xeberlenti.com xəbər verir ki , bu barədə Fransanın Baş naziri Qabriel Attal məlumat verib.
O, ictimaiyyəti ayıq-sayıq olmağa və şübhəli hər şeyi səlahiyyətlilərə məlumat verməyə çağırıb.
Fransada terror təhlükəsinin ən yüksək səviyyəyə yüksəldilməsi aşağıdakı addımları nəzərdə tutur:
– İctimai binaların və obyektlərin təhlükəsizliyinin artırılması
– İctimai nəqliyyatda və kritik infrastrukturlarda daha sərt təhlükəsizlik nəzarəti
– Təhlükəsizlik qüvvələri küçələrdə daha çox görünür
– İctimaiyyət ayıq-sayıq olmalı və hər hansı şübhəli halı səlahiyyətlilərə bildirməlidir.