Neçə gündür gözümə yuxu getmir. Yata bilmədiyimdən, gözlərim şişib olub Yaylaq çadırı boyda.
Niyə də şişməsin, axı həmkarlarım yaylaqda ölümlə üz-üzə qaıblar. Heç 44 günlük müharibəmizdə jurnalistlərimiz belə dəhşətlə üzləşib, hay-haray salmamışdılar. Deməli, vəziyyət çox qorxulu olub. O qədər həyacanlı, qorxulu anlar olub ki, hətda, eşidib bilənlərin dodaqları uçuqlayıb. Hadisələrin də Şef yazarlarımız tərəfindən tirajlanması, bütöv bir millətin narahatçılığını şahə qaldıra bilib…
İndi rahat nəfəs alıb deyirik ki, şükür allaha yaxşı qurtardıq.
Axı, bu xalqın sözünü deyən, ağrısını-acısını çəkən, sosial problemlərini həll edən, bir sözlə, qələmləriylə hökuməti qorxuya salan jurnalistlərimiz getmişdi ora.
Həm də, qazilərimizi intihardan çəkindirən bir avtobus yazarlarımızın birinin başından bir tük əksik olsaydı (Allah eləməsin), xalq bu hökuməti devirəcəkdi… Allah üzmüzə güldü, yetim xalq ikiqat yetim qalmadı.
Aldığım məlumata görə, bu təxribat imiş.Təxribatı da törədən Mədəniyyət Nazirliyi olub.Nə bilim vallah,belə deyirlər…Babalı deyənlərin boynuna.
Hə, onu da qeyd edim ki, ekspertlərin fikrincə, Mədəniyyət Nazirliyinin jurnalist həmkarlarımızdan üzr istəməsi, təxribatın onların təşkil etməsinə əsaslı şübhələr yaradıb.Yoxsa, niyə üzr istəyirdilər…
Və nəhayət, bu təxribatın törədilməsində iki əsas dəlil də tapılıb.
Beləki, nazirlik gərək o dağın kəlləsinə alman asfaltı çəkərdi və adını da avroalmanfrans yaylağı qoyardı. Sonra da Bakıdakı komfort restoranları da ora köçürərdi. Etdimi, etmədi…
Həm də, o da bəlli olub ki , Mədəniyyət Nazirliyi Festivalda “Yağma yağış” mahnısını oxutdurmayıb. Və bundan qəzəblənən Bulud ağa səhvən yazarların başına peşav edib.
P.S. Yaylaq jurnalistlərimizin yazılarından sonra, ölkədə tualet xidməti 3 qat artıb, xiyar isə dəyərini itirib.