Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
Xeberlenti.com xəbər verir ki, yunan-Roma güləşçisi Nihad Quluzadə yarışın qalibi olub. 55 kq-da çıxış edən idmançı finalda rumıniyalı Denis Mihaya 6:1 hesabı ilə qalib gəlib.
87 kq-da yer alan Laçın Vəliyev isə 3-cü yer uğrunda qarşılaşmada iranlı Əbülfəzl Əli Çobanini məğlub edərək, bürünc medala sahib çıxıb.