XƏBƏRLENTİ

xeberlenti.com

Sərhəddə toqquşma: Ölənlər var

Əfqanıstan-Pakistan sərhədində, Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında toqquşma olub. Minaatanlarla hücum nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Radikal “Taliban” hərəkatının tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə davam edir.

Hər iki tərəfdən itkilərin dəqiq sayı açıqlanmayıb. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.

Digər mənbələr sərhəddə toqquşmaların bir saat davam etdiyini və artıq dayandığını bildiriblər.

About Author