XƏBƏRLENTİ

xeberlenti.com

Latviya Rusiyadan qaz idxalını dayandıracaq

Gələn il yanvarın 1-dən Latviya Rusiyadan təbii qaz idxalını tamamilə dayandıracaq.

Bu barədə yerli “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, bununla bağlı Latviya parlamenti “Energetika haqqında” qanuna dəyişiklikləri sonucu oxunuşda qəbul edib. Bundan başqa, Rusiya qazının idxalına qadağanın təmin edilməsində Avropa İttifaqının başqa üzvləri ilə əməkdaşlıq sxemləri də təsdiqlənib.

Latviyada “Energetika haqqında” qanun 1998-ci ildə qəbul olunub.

About Author