XƏBƏRLENTİ

xeberlenti.com

Ukrayna üçün 50 milyard avroluq yardım paketi HAZIRLANIR

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişdirilə bilər.

Agentlik bildirir ki, Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi planlaşdırır. Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək.

Qeyd olunub ki, Ukraynaya dəstək planı Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək.

Məlumata görə, vəsait Ukraynaya qanunun aliliyinin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə aparması şərti ilə ödəniləcək.(KONKRET.az)

About Author