XƏBƏRLENTİ

xeberlenti.com

Zelenski Baxmuta gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin qızğın döyüşlərin getdiyi Baxmutda olub.

Xeberlenti.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

V.Zelenski hərbçilərlə görüşüb, əməliyyat şəraiti ilə tanış olub.O, göstərdikləri qəhrəmanlığa görə ukraynalı hərbçilərə təşəkkür edib.

Qeyd edək ki, Baxmutda 10 aydan çoxdur gərgin döyüşlər gedir.

About Author