XƏBƏRLENTİ

xeberlenti.com

Ermənilər BQXK-nin ofisini mühasirəyə aldılar

Xankəndi şəhərində yaşayan bir qrup erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə girişi bağlayaraq, binanı mühasirəyə alıb. “Hayeli” nəşri  bu barədə məlumat yayıb.  Bildirilib ki, aralarında Xocalı qatili Vaqif Xaçaturyanın qızının da olduğu, etirazçı dəstə BQXK əməkdaşlarını ofisə buraxmayıblar.  Məlumata görə, etirazlara səbəb BQXK-nin Xaçaturyanın həbsinə “göz yumması” və onunla bağlı məlumatların verilməməsi olub.  Qondarma rejimin “polisləri” əraziyə cəlb olunub.

 

 

About Author