XƏBƏRLENTİ

xeberlenti.com

Cüdoçumuz Qran-Pri turnirində finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Yusif Əhmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində finala vəsiqə qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Teo Frarul Hebrarla qarşılaşıb.

Rəqibinə qalib gələn Əhmədov həlledici görüşdə Ukraynanı təmsil edən Dilşot Kalmatovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Nazir Talıbov (60 kiloqram), Kəramət Hüseynov və Kamran Süleymanov (hər ikisi 66 kiloqram) isə yarışı medalsız başa vurublar.

About Author