XƏBƏRLENTİ

xeberlenti.com

Yeddi ayda 43,5 min ton pambıq lifi, 6815 ton pambıq ipliyi ixrac edilib.

Bu ilin yeddi ayında 43,5 min ton pambıq lifi, 6815 ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 79,5 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 20,1 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 142,2 milyon dollar olmaqla 60,6 min ton pambıq lifi, məbləği 25,2 milyon dollar olmaqla 6045 ton pambıq ipliyi ixrac edilib.

About Author