XƏBƏRLENTİ

xeberlenti.com

Çinarə Hüseynova – Boz zona nədir

Siyasi olaraq  dövlət və qeyri dövlət qüvvələrinin mübarizəsində sülh və müharibə məkanı arasındakı ərazi olaraq göstərilir.

Qeyri dövlət qüvvələri dövlətin təhlükəsizliyinə açıq şəkildə təhdid yaradır. Hökümətə tabe olmaqdan boyun qaçırır , silahlı qarşıdurmaya əl atırlar.Bu cür vəziyyət daha çox münaqişə vəziyyətində olan ölkələrdə baş verir.

60-ci illərdə İrlandiya müstəqillik əldə etdikdən sonra 6 qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant  ingilislərdən ibarət olan şimali irlandiya Böyük Britaniyanın tərkibində qaldı.

Bu ərazinin boz zona olmasına gətirib çıxaracaq hadisələr isə bundan sonra başladı. Şimali İrlandiyadakı  katolik  azlıq 1968- ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı.

Kütləvi ixtişaşlar oldu.Bir il sonra hökümət Osder şəhərinə qoşun yeritdi.Zorakılıq osderdən kənara çıxdı.Londonda və başqa şəhərlərdə partlayışlar törədildi.Ölkədə fövqalədə vəziyyət elan olundu.Britaniya höküməti Şimali İrlandiya muxtar idarə orqanalarının fəaliyyətini dayandırdı.Londondan birbaşa idarə üsulu tətbiq edildi.Kolumbiya ərazisində isə 2002- ci ildən bu yana narkokarterlərin nəzarət etdiyi məntəqələr boz zona hesab olundu.Postsovet məkanında boz zona kimi Cənubi Osetiya, Abxaziya, Transnestriya, bu regionlar hakimiyyət tərəfindən idarə olunmur .Yəməndə vətəndaş müharibəsi fonunda müəyyən boz zonalar yaradılıb.Suriyada PPK,  PED  tərəfindən nəzarətə götürülmüş əraziləri boz zona kimi göstərmək olar.Hal hazırda zonalar Sudanda , Efiopiyada, mövcuddur.Bu cür zonaların yaradılmasında maraqlı olan qüvvələr var.Boz zonalar əksər hallarda xarici qüvvələr tərəfindən həmin ölkənin daxili işlərinə müdaxilə, öz nüfuzunu ərazidə möhkəmləndirmək məqsədi ilə yaradılır.Bu isə birbaşa olaraq beynəlxaq təhlükəsizlik sisteminə ciddi təhdidlər yarada bilir.

Boz zonanın ölkəmizdə mövcudluğu dövlətimizə, onun suverenliyinə, müstəqilliyinə ciddi zərbə vura bilər.Ermənistanın erməni lobbisinin boz zona yaratmaq istəyi iflasa uğramaqdadır.Siyasi terminologiyaya görə zonalar dövlətin bir hissəsi də ola bilər.Boz zonalar üçüncü hətta dördüncü tərəflərin maraqlarının təcəssümü kimi çıxış edə bilər.

 

About Author