XƏBƏRLENTİ

xeberlenti.com

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Anım Gününə həsr edilən tədbir keçirilib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Torpaq uğrunda ölən varsa-Vətəndir!” adlı anım tədbiri keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin təşkilatçısı və aparıcısı məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi Lalə Sinkeviç və məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli bildiriblər ki, Vətənimiz uğrunda qəhrəmancasına döyüşmüş, canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində qeyd edilir.
Məktəbin “Gönçə” xor kollektivi Bakı Şəhəri Nərimanov Royon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Anım Gününə həsr olunmuş tədbirdə çıxış edib.

About Author