XƏBƏRLENTİ

xeberlenti.com

Xətaidə narkotiklərin satışını təşkil edən şəxslərdə 13 kiloqram heroin və tapança aşkarlanıb

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsi, Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq 1 “Naqan”, Sənan Məmmədovdan isə “TT” markalı odlu silah tapança aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisindəki bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

About Author