XƏBƏRLENTİ

xeberlenti.com

İsrail ərazisində 1500-ə yaxın HƏMAS döyüşçüsünün meyiti tapılıb

srail ərazisində 1500 nəfərə yaxın HƏMAS döyüşçüsünün meyiti tapılıb.

Xeberlenti.com Associated Press News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hek bildirib.

 

Onun sözlərinə görə, İsrail hərbçiləri genişmiqyaslı hərbi əməliyyatlardan sonra ölkənin cənubuna nəzarəti bərpa etdikdən sonra İsrail ərazisində HƏMAS döyüşçülərinin xeyli sayda meyiti tapılıb və ordu Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərə nəzarəti demək olar ki, tamamilə bərpa edib.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

About Author