Xeberlenti.com xəbər verir ki , Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin rəhbəri Xəqani Səfərov tədbirin açılışını etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əslən Qərbi Azərbaycandan olan gənclərlə müəllimlərin elm ,mədəniyyət xadimlərinin maraqlı keçən görüşü ruh yüksəkliyi ilə qarşılandı.
Görüşdə qədim azərbaycan yurdu qərbi azərbaycanın tarixindən o yurdun o elin toponimlərindən söhbət açıldı.Tədbirdə iştirak edən əslən qərbi azərbaycan kökənli gənclər, çıxış edən alimlərin qərbi azərbaycanla bağlı dedikləri həqiqətləri maraqla dinləyib alqışladılar.
Biz qərbi azərbaycana qayıdacıyıq. Maarifçiliyə söykənən bu görüş gənclərimizdə böyük inam və ümid işığı yaratdı.
Tədbirin sonunda tanınmış aşıq Rəfiqə Göyçəlinin “İrəvanda xal qalmadı ” və digər müğənnilərin ifasında ” Vətənə getmək istəyirəm ” mahnısı gənclər tərəfindən böyük coşqu ilə ayaq üstə alqışlandı.