XƏBƏRLENTİ

xeberlenti.com

Ərdoğan Macarıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.

Xeberlenti.com  xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Ərdoğan macar həmkarı Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək.

Səfər çərçivəsində hər iki ölkə arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımla bağlı sazişin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Ərdoğan sonuncu dəfə avqustun 20-də Budapeştə səfər edərək Dünya Atletika Çempionatının açılış mərasimində iştirak edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bir müddət əvvəl bildirmişdi ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Macarıstan və Türkiyə arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımın yaradılması haqqında saziş imzalana bilər.

About Author