XƏBƏRLENTİ

xeberlenti.com

“Rusiya qonşuluqdakı alkoqolik kimidir…” – Latviya Baş naziri

Son zamanlar Rusiyanın Baltikyanı ölkələrə mümkün hərbi müdaxiləsilə bağlı müxtəlif proqnozlar verilir.

Xarici KİV-lər   xəbər verir ki, Latviyanın Baş naziri Evika Silina Rusiyanın davranışını proqnozlaşdırmaq mümkün olmayan alkoqolikin hərəkətlərilə müqayisə edib: “Biz elə bir qonşumuzla yanaşı yaşayırıq ki, o, bir növ alkoqolik və ya narkoman kimidir, onun hərəkətlərini proqnozlaşdıra bilmirik”.

Baş nazir əlavə edib ki, Latviyanın Rusiya Federasiyası və Belarusla sərhədlərini möhkəmləndirmək üçün dəqiq planı var: “Biz özümüzü gücləndiririk ki, müdafiə imkanlarımız bütün Baltikyanı ərazilərdə birləşdirilsin. Bu vizual dəyişikliklər əslində, artıq görünür və bu il daha da çox görünəcək”.

Xatırladaq ki, bu ilin yanvarında Estoniya, Latviya və Litvanın müdafiə nazirləri bu ölkələrin Rusiya və Belarusla sərhəddə Baltikyanı birgə müdafiə zonasının yaradılması layihəsini təsdiqləyiblər.

About Author