XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

APA xəbər verir ki, görüşdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.

Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

About Author