XƏBƏRLENTİ

xeberlenti.com

“PUTİN PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB GƏLİB” – Rusiya MSK (Yenilənib)

Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

“Report”un xəbərinə görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov (“Yeni İnsanlar”) 3,79%, Leonid Slutski (RLDP) – 3,19 % səs toplayıb.

Rusiyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, 87 faiz səslə Vladimir Putin qalib gəlib.

Bununla bağlı məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi yayıb.

Verilən məlumata görə, ikinci yeri 4,6 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yeri 4,2 faiz səslə “Yeni insanlar” partiyasından Vladislav Davankov, dördüncü yeri isə üç faiz səslə LDPR-dən Leonid Slutski tutub.

Qeyd olunub ki, sorğu 2024-cü il martın 15-dən 17-dək seçki məntəqələrinin çıxışında aparılıb.

Ümumilikdə Rusiya prezident seçkisində səsvermə prosesini 129 ölkədən 1 115 beynəlxalq müşahidəçi və ekspert izləyib. (Mənbə: kp.ru)

About Author