“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi”
Ukraynanın keçmiş prezident müşaviri Aleksey Arestoviç Azərbaycanın xarici siyasətini nümunə göstərərək, Volodimir Zelenski və komandası üçün dərs çıxarılmalı məqamlar olduğunu bildirib:
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. Çünki o, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu. Ukrayna diplomatiyasının Azərbaycandan öyrənməli olduğu çox şey var”.
Arestoviçin fikrincə, Zelenskinin uğursuz xarici siyasət kursu ölkəsini belə biabırçı vəziyyətə salıb. O, Azərbaycan prezidenti İlham Əliyevin strateji mövqeyini nümunə göstərərək bildirib ki, Ukrayna rəhbərliyi də balans siyasəti yürüdə bilsəydi, indiki fiasko yaşanmazdı.
İlham Əliyevin xarici siyasətinin postsovet məkanında örnək olduğunu vurğulayan Arestoviç, Azərbaycanın Qərb və Rusiya arasında incə balansı qoruduğunu, öz milli maraqlarını sona qədər müdafiə etdiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna diplomatiyası da bundan dərs çıxarmalıdır.
