BMT ABŞ-ın Venesuela sahillərində neft tankerini ələ keçirməsindən narahatdır.

BMT sözçüsünün müavini Fərhan Haq brifinqdə tankerlə bağlı vəziyyəti şərh edərkən  deyib ki,  Baş katib ABŞ ilə Venesuela arasında gərginliyin artmasından, həmçinin son hadisələrdən narahatdır. Biz bütün tərəfləri  gərginliyi daha da artıra və Venesuelanı və regionu qeyri-sabitləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırırıq,-deyə o vurğulayıb.
Çərşənbə günü ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin saxlanmasını təsdiqləyib və ABŞ-ın nefti saxlamağı planlaşdırdığını qeyd edib. Tramp həmçinin gəminin sahibi haqqında məlumatların açıqlanacağını bildirib.

Ölkədə baş prokurorluğun ofisi kimi fəaliyyət göstərən ABŞ Ədliyyə Nazirliyi saxlanılan tankerin ABŞ sanksiyalarını pozaraq Venesuela və İrandan neft daşıdığını bildirib. Departament direktoru Pam Bondi həmçinin gəminin “xarici terror təşkilatlarını dəstəkləmək” üçün istifadə olunduğunu  iddia edib.

Venesuela Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Karib dənizində neft tankerinin ələ keçirilməsini beynəlxalq səviyyədə dəniz quldurluğu  adlandırıb.

About Author