Müctəba Xamenei Qumda müalicə olunur – İDDİA

Böyük Britaniyanın “The Times” nəşri İranın dini lideri Müctəba Xameininin sağlamlıq vəziyyəti ilə bağlı diqqətçəkən iddia irəli sürüb. 

Nəşrin məlumatına görə, o, ağır yaralı vəziyyətdə Qum şəhərində müalicə olunur və hazırda ölkədə qərarvermə proseslərində iştirak edə bilmir.

Məlumatda bildirilir ki, iddialar ABŞ və İsrail kəşfiyyat orqanlarının Körfəz ölkələri ilə paylaşdığı diplomatik qeydə əsaslanır. Həmin sənədə görə, Müctəba Əli Xameneiyə qarşı həyata keçirilən hücum zamanı ağır yaralanıb.

Eyni zamanda, ABŞ və İsrail kəşfiyyatının onun yerini bir müddətdir bildiyi, lakin bu məlumatların indiyədək ictimaiyyətə açıqlanmadığı vurğulanır.

About Author