“Mənim fikir bildirməyim fərqli alınar, amma yaxından da, uzaqdan da görünür ki, əl dəydi”.
Bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis mübahisəli penalti epizodunu belə şərh edib: “Əl ilə oyun idi açıq-aydın. Yəqin ki, açıqlama verəcəklər. Son saniyədə belə olması mübahisəli epizodlara gətirib çıxarır. Penalti başqa necə olur?” (“Qafqazinfo”)
Ətraflı videoda:
