XƏBƏRLENTİ

xeberlenti.com

Urmiya gölü quruyur, yoxsa qurudulur? – VİDEO

İllərdən bəri İran hakimiyyətinin yarıtmaz siyasəti və etinasızlığı nəticəsində qurumaqda olan Urmiya gölü ətrafında yenidən böhranlı vəziyyət yaranıb.

Bu barədə “Azad İran”  kanalı məlumat verir.

Xəbərdə qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də ilk olaraq Güney Azərbaycanın siyasi və mədəni fəalları həyəcan təbili çalıblar.

Belə ki, ötən şənbə günü onların təşəbbüsü ilə “Twitter”də ingiliscə “Saveurmiyalake” və Azərbaycanca “Urmugölü” həştəqləri ilə kütləvi paylaşımlar edilib.

Eyni zamanda Qərbi Azərbaycan əyalətinin mədəni və ekoloji fəalları bəyanat yayaraq İran hakimiyyətini təcili tədbirlər görməyə çağırıb.

Daha ətraflı sujetdə:

About Author