“Baxmutda şiddətli döyüşlər gedir”.
Bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Ukrayna qüvvələri son 24 saat ərzində Baxmutda cəbhə xəttinin beş əsas bölgəsində rusların 85-dən çox hücumunu dəf edib.
Ukrayna Milli Qvardiyasının komandirinin müavini Vladimir Nazarenko “Ukrayna NV” radiosuna danışarkən Baxmutda döyüşlərin şiddətləndiyini, vəziyyətin kritik olduğunu deyib.
