Baxmutda döyüşlər şiddətlənib – “Vəziyyət kritikdir”

“Baxmutda şiddətli döyüşlər gedir”.

Bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Ukrayna qüvvələri son 24 saat ərzində Baxmutda cəbhə xəttinin beş əsas bölgəsində rusların 85-dən çox hücumunu dəf edib.

Ukrayna Milli Qvardiyasının komandirinin müavini Vladimir Nazarenko “Ukrayna NV” radiosuna danışarkən Baxmutda döyüşlərin şiddətləndiyini, vəziyyətin kritik olduğunu deyib.

About Author